Prezident İlham Əliyev Xalid Nurəddin oğlu Əhədovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Müvafiq sənəd dövlət başçısının rəsmi saytında yerləşdirilib.
Dövlət başçısının digər sərəncamı ilə, X.Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.