Deputat səhiyyəni tənqid etdi: Zarafata diaqnoz qoyurlar

Bakıda millət vəkili Fazil Mustafanın yaxın qohumuna səhv olaraq onkologiya aid xəstəliyin diaqnozunu qoyublar.

Buta.media-nın xəbərinə görə, bu barədə deputat özü məlumat yayıb.

“Uzaq qohumlardan bir xanım var. Bəlkə də15 ildir Bakıda onkoloji xəstəlik diaqnozu qoyublar və hər il bədəninə kimya yeridirlər. Əlində olub-qalan pulu da dərmanlara sərf olunur. Oğlu illər öncə Qərb ölkələrinin birinə köçüb və maddi durumu yaxşı olduğundan anasını da yanına aparıb. 

İndicə xəbər tuturam ki, orada ciddi müayinədən keçirilib və anlaşılıb ki, onkologiyaya aid heç bir problemi olmayıb. 

Sadəcə illərdir bədəninə yeridilən kimyəvi maddələr orqanizmində ciddi fəsadlar yaradıb. İndi bədənindən həmin zəhərləri təmizləməklə məşğuldurlar. 

Səhhəti və vəziyyəti xeyli yaxşılaşıb. Ona görə də Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar. Bu səbəbdən də burada qoyulan diaqnozları elə də ciddiyə almayın!”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ