Sabah yağış yağacaq - hava proqnozu

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-16° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ