Bakıda qadınlar və uşaqlar arasında kütləvi dava - video

Bakıda bir qrup şəxsin kütləvi dava etməsinin görüntüləri yayılıb. Kadrları Baku.ws saytı yayıb.

Görüntülərdə qadın və uşaqlardan ibarət şəxslərin əlbəyaxa davaya çıxdığı görünüb. 

Hadisənin Badamdar qəsəbəsində yerləşən maşın bazarında baş verdiyi bildirilir. 

DİN Mətbuat Xidmətinin şöbə rəisi Zeyni Hüseynov bildirib ki, məsələ araşdırılır: 

“Baş vermiş hadisə ilə bağlı polisə müraciət daxil olmayıb. Lakin yayılmış görüntülər ilə əlaqədar polis əməkdaşları tərəfindən artıq araşdırmalara başlanılıb”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ