Bakıda "roliklə" ölümə gedən gənclər - VİDEO

Bakıda bir qrup gənc ayağına təkərlik, yəni''rolik'' geyərək şəhərin mərkəzi küçəslərində şou göstərirlər. 

Buta.media Xəzər TV-yə istinadən məlumat verir ki, nəqliyyatın intensiv hərəkət etdiyi yoldasürətlə gedən həmin şəxslər avtobus və digər nəqliyyat vasitələrinin arasında hətta təhlükəli manevrlər də edirlər. 

Yol polisi belə gənclərə xəbərdarlıq edib.

Biri geri, digərləri isə düzünə hərəkət edərək yolda sanki şou göstərir.

Qeyd edək ki, bu kimi qaydaları pozanlar inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə 20 manat məbləğində cərimə olunurlar. Vaqif Əsədov deyir ki, ilin əvvəlindən bu günə qədər kameralar vasitəsi ilə çoxlu belə şəxslər aşkar edilib və cərimə olunublar.

Yol polisi bir daha bu cür vasitələrdən istifadə edən gənclərə,yolun hərəkət hissəsinə çıxmamaqla bağlı xəbərdarlıq edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ