Məktəb direktorlarına tapşırıq verildi

Məktəblərdə zorakılıqla üzləşmiş şagirdlər üçün “Qaynar xətt” yaradılacaq.

Buta.media-nın məlumatına görə, Oxu.Az xəbər verir ki, bu barədə təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib. 

Bildirib ki, şagird və ya valideyn birbaşa olaraq təhsil idarəetmə orqanlarında bu mövzu ilə bağlı yaradılacaq “Qaynar xətt”lə əlaqə saxlaya biləcək.

Nazir qeyd edib ki, təhsil prosesində keyfiyyətə nail olmaq üçün “məktəb-valideyn”, “müəllim-şagird”, “məktəb-müəllim-valideyn” əlaqələrinin düzgün tənzimlənməsi zəruri şərt hesab olunur.

O, təhsil müəssisələrinin rəhbərlərinə nazirlik tərəfindən yeni tapşırıq verildiyini qeyd edib:

“Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), təhsil müəssisələrinin rəhbərlərinə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi, bu istiqamətdə məktəb rəhbərliyi və müəllim kollektivinin məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin, bu məsələlərlə bağlı ümumtəhsil müəssisələrində olan mövcud vəziyyəti təhlil edərək nəticələri barədə hesabatı, müvafiq sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı təklifləri 30 gün ərzində Təhsil Nazirliyinə təqdim etmələri tapşırılıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ