Abşeronda sabah toy olacaq evi yerlə-yeksan etdilər - QALMAQAL + FOTO

Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin evini uçurdublar, yerlə-yeksan ediblər.

Buta.media xəbər verir ki, bu barədə jurnalist İlkin Pirəli sosial şəbəkədə məlumat yayıb.

Dağıldılmış evin görüntülərini paylaşan jurnalist sabah gəlin gələcək gəlinin cehizlərinin - qablarının və divanın qırıldığını qeyd edib. 

"Evin uçurulmasına sənədlərin qaydasında olmadığı əsas gətirilib. Evi dağıdılan ailə çadır istəyib, onu da verməyib, hazırda çöldə qalıblar. Ev Abşeronun icra başçısı İradə Gülməmmədovanın tapşırığı ilə uğurdulub. Ailə 1999-cu ildən həmin evdə yaşayır və sənədlər də qaydasındadır. 

Lap deyək ki, evin sənədləri qanuni deyil, bu, əsas vermir ki, evi dağıdasan. Əslində sənədlər də qaydasındadır. Neçənci dəfədir, icra başçısı bu cür edir. O qadın nəzərə almalıdır ki, prezident İlham Əliyevin Abşerondakı nümayəndəsidir. Vətəndaşda nifrət oyadacaq addımlar atmaq dövlət başçısına zərbə deyil, nədir bəs?!" - jurnalist əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ