"Semaşko"-nun həyətində narkomanlar peydə olub - Video

Kliniki Tibbi Mərkəzdən sözügedən səhiyyə ocağının həyətində narkomanların peyda olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun “Qafqazinfo”ya verdiyi açıqlamada qeyd olunur ki, bu hadisə həqiqətən də baş verir:

“Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin (Videoda "Semaşko" qeyd edilib) həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülər yayılıb. Məsələnin bu cür ictimailəşdirilməsi bizi yalnız sevindirə bilər və dəstəkləyirik! Bu məsələ həqiqətən də baş verir. Çünki onların sayı günbəgün artır. Baş verənlərlə bağlı aidiyyəti üzrə müraciətlər etmişik. Yəqin ki, qısa zamanda bununla bağlı ciddi tədbirlər görülər. Baş verənlər Mərkəzin heyətini, pasiyentləri və bir sözlə hər kəsi narahat edir”.

Qeyd edək ki, paylaşılan görüntülərdə bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alqı-satqı etdiyi iddia edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ