Polis uşaqları Müşfiqabad məscidinə buraxmır

Müşfiqabad Cümə məscidinə övladları ilə namaza gedənlərin uşaqları məscidə buraxılmayıb.

Buta.media-nın xəbərinə görə, bu barədə Avropa.info-ya məscidə cümə namazına gedənlər məlumat verib.

Cümə namazına gedənlərin bir neçəsi övlarlarını da özləri ilə məscidə aparıblar.

"Polis bizə bildirdi ki, 18 yaşına çatmayan uşaqların məscidə girməsi qadağandır. Nə qədər təkid etsək də, polis uşaqları məscidə buraxmadı. Məscidə girə bilməyən uşaqlar valideynlərini məscidin həyətində gözləməyə məcbur oldu", - deyə müraciət edənlər qeyd ediblər.

Valideynlər bildiriblər ki, belə halla ilk dəfədir rastlaşırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ