Çingiz Abdullayevla içra başçısı arasında narazılıq: Qadağan etmişdi

Yeri gəlmişkən, bu yaxınlarda akademik Rafael Hüseynovla birlikdə Kürdəmirdə oxucularımla görüşə getmişdim. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı nə bizimlə görşə gəldi, nə də bizim onunla görüşməyimizə imkan verdi. 

Buta.media-nın məlumatına görə, bunu 60 yaşını qeyd edən Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev "Report"a müsahibəsində deyib.

Onun sözlərinə görə, Kürdəmir camaatı qayıdandan sonra ona dəfələrlə zəng edib icra başçısının bu hərəkətlərinə görə üzr istəyiblər:

"Hətta müavininə bizimlə görüşməyi qadağan etdi. Mən Azərbaycanın beş xalq yazıçısından biriyəm. Biz Bakıdan sizin rəhbərlik etdiyiniz rayona qonaq gəlmişik. Başa düşürəm ki, siz icra başçısısınız və qəbullarınız, görüşləriniz olur. Amma heç olmasa rəhbərlik etdiyin rayonun sakinlərinə hörmət etməyi özünə borc bil. Təsəvvür edin ki, mənim görüşümə yüzlərlə oxucu gəldiyi halda icra başçısı hətta müavinini belə bizim yanımıza buraxmadı. İcra başçısı sadəcə bunu unutmamalıdır ki, o, mənə deyil, mən ona lazımlı adamam".

Məsələ ilə bağlı Kürdəmir rayon icra İcra Hakimiyyətinin başçısı Ceyhun Səfərovun köməkçisi Mirmahmud Mahmudov Bakupost.az-a açıqlamasında deyib ki, yazıçı Çingiz Abdullayev Kürdəmir rayonuna aprel ayının 4-də gəlib:

"Çingiz Abdullayev Kürdəmirə bu ayın 4-də gəlib. O, rayona Nizami Gəncəvi adına muzeyin təşkilatçılığı ilə gəlmişdi. Həmin vaxt isə cənab başçı rayonun Mollakənd kəndində vətəndaşlarla səyyar görüşdə olub, ona görə də həmin tədbirdə iştirak edə bilməyib. Çingiz Abdullayevlə birlikdə rayona akademik Rafael Hüseynovun da gəldiyi xəbəri isə doğru deyil”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ