Azərbaycanlıların Fransa Senatının ermənipərəst qətnamə layihəsinə cavab olaraq hazırladığı petisiyanı 110 000-ə yaxın şəxs imzalayıb.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsinə baxılması nəzərdə tutulur: "Qətnamə layihəsi bir çox azərbaycanlıların hiddətinə səbəb olub və onun əleyhinə nüfuzlu "Mesopinions.com" petisiya saytında Fransa Senatına, hökumətinə və xalqına ünvanlanmış və qısa müddətdə 110 000-ə yaxın imza toplamış müraciət yerləşdirilib. Lakin Fransa tərəfi sözügedən petisiyaya əhəmiyyət vermir".