Abşeronda yeni doğulan körpə öldü

Abşeronda yeni doğulan körpə vəfat edib.

Buta.media-nın məlumatına görə,bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Bildirilib ki, hadisə dünən baş verib .

Abşeron Rayon Mərkəzi Xəstəxanasının Mamalıq-Ginekologiya Şöbəsində qeysəriyyə əməliyyatı ilə doğum edən qadının uşağı ölüb. 

Qadının ailə yaxınlarının iddiasına görə, uşaq həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ