Şənbə günü hava necə olacaq?

Noyabrın 12-də ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Həmçinin oxuyun: Судьи в Бельгии сядут в тюрьму, чтобы почувствовать себя заключенными

Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 12-15° isti olacaq.

Atmosfer təzyiqi 772 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-6° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ