"321 nömrəli tam orta məktəbin VII sinif şagirdi əvvəlcə özünü pis hiss etdiyini desə də, sonradan müəllim tərəfindən döyüldüyünü bildirib".
Buta.media xəbər verir ki, bu barədə Lent.az-a 1 Saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) məlumat verilib.
Xəbərdə qeyd olunub ki, uşağın onunla birlikdə gələn atası da övladının döyüldüyünü deyib: “Uşaqla birlikdə 5-6 adam gəlmişdi. Təhsil Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları da xəstəxanada idi. Uşağın müayinələrini apardıq. Vəziyyəti normal idi, amma xəstəxanada nəzarət altında qalmasını tövsiyə etsək də, atası imza ataraq övladını apardı”: - deyə xəstəxanadan bildirildi.
14:02
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Qaradağ rayonu, Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb xəstəxanalıq etməsi ilə bağlı xəbərə münasibət bildirib.
Qurumdan Buta.media-ya daxil olan məlumata görə, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi Aqşin Hüseynzadənin riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin halı pisləşdiyi üçün başı dəyib.
Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib.
Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib.
Qeyd edək ki, şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib.
Onu da qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.
11:47
Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.
Buta.media xəbər verir ki, ONA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyindən bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.