İnsanlar Elinanı anmaq üçün bir yerə toplaşdılar - FOTO

Səbail rayonu 162 saylı orta məktəbin qarşısında həmin məktəbin intihar edən şagirdi Elina Hacıyevanın ölümü ilə əlaqədar anım mərasimi keçirilir.

Buta.media-nın məlumatına görə, "Report" xəbər verir ki, anım mərasimində sadə insanlar, digər məktəblərdən gəlmiş bir neçə müəllim, şagird və başqaları iştirak edirlər.

Məktəbin həyətinin giriş hissəsinə gül dəstələri, oyuncaqlar və mərhum şagirdin fotoları düzülüb.

Hazırda anım mərasimi davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ