Bakıda azyaşlı qardaşlar siçan dərmanını “jelibon” bilərək yeyib öldülər

Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək zəhərlənib ölüblər. 

Manset.az-ın məlumatına görə, hadisə baş verən evin qonşuları bildiriblər ki, 5 yaşlı E.Ə. və 3 yaşlı O.Ə. səhvən siçan dərmanını “jelibon” bilərək yeyiblər.

Sonra hər iki qardaş qəfil yerə yıxılıblar və dünyasını dəyişiblər.

Qeyd olunur ki, ailənin onlardan başqa övladları yoxdur. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ