Elinanın atası: Qızım elə uşaq olmayıb, adına ləkə yaxırlar - VİDEO

Mənim hazırda ikinci ailəm var. Buna baxmayaraq, qızım Elina həmişə evimə gəlib-gedib. Yoldaşım da onu həmişə yaxşı qarşılayıb. Nə istəyibsə, etmişik. Mənimlə çox yaxın olub. Hər gün danışırdıq.

Buta.media-nın məlumatına görə, bunu News24.az saytına müsahibəsində 162 nömrəli məktbdə intihar edən Elina Hacıyevanın atası Ədalət Hacıyev deyib.

Ə.Haclyev bildirib ki, qızı ilə intihar etməmişdən iki gün öncə də söhbət edib: 

“Yazışmalarımız da telefonumda var. Mənə heç kim onun əziyyət çəkdiyini deməyib. Bir dəfə insident olmuşdu. Saçını qırmızı rəngə boyamışdı. Anası mənə zəng vurub bu haqda məlumat verdi. 

Onu məktəbdən götürüb geyim aldım və salona yola saldım ki, saçının rəngini normal vəziyyətə qaytarsın. Bununla da məsələ bağlandı. Üç gün bizdə qaldı sonra isə evə getmək istədi. 

Anası da dedi ki, göndər, gəlsin. Bir sözlə, qızımla münasibətim həmişə yaxşı olub. Mənə heç vaxt şikayətlər etməyib. Nə isə elə bir şeydən xəbərim olsaydı, məsələyə qarışardım”. 

Ədalət Hacıyev bildirib ki, zəng olunan kimi, həmin dəqiqə taksiyə əyləşib, xəstəxanaya gedib. 

“Mənə Elinanın Toksologiyada olduğunu dedilər. Ora çatanda isə gördüm ki, onu xərəkdə aparırlar. Mən birinci dəqiqədən xəstəxanada olmuşam. Anasıgil isə bir az gec gəldilər. Çünki onları məktəbə göndərmişdilər. 

Onunla MRT, USM-yə girmişik. Daha sonra isə reanimasiyaya qaldırdılar və mənə gözləməyimi dedilər. Reanimasiyanın qapısında dayanan tibb işçiləri məni içəri girməyə qoymadılar. 8-ci Polis bölməsindən 2 polis əməkdaşı Elinanın olduğu otağa girib-çıxdıqdan sonra həmin tibb işçilərinə atası olduğum üçün mütləq onun yanına girməli olduğumu dedilər. 

Mən içəri daxil olanda vəziyyəti yaxşı idi. Onunla söhbət etmişəm. Düzdür, ağrıları var idi, amma fikri yerində idi”.

Ə.Hacıyev qeyd edib ki, qızının məktəbi haqda da həmişə maraqlan:

“İstəsəniz səs yazılarını da sizə göstərə bilərəm. Əgər qorxsaydı qorxa-qorxa danışardı. İndi faktlar çıxır ki, Elinanı kimsə döyüb və ya əzab verib. Mənə bu haqda heç nə deməyib”.

“Mənə hazırda əzab verən elə şeylərdir! Bu gün Səhiyyə Nazirliyində olmuşam, danışmışam! Başa düşürəm, qızımı qaytara bilməyəcəyəm. Amma mənim istədiyim odur ki, balamdan sonra bu zülmü heç bir uşaq çəkməsin. Övladımın adına ləkə yaxırlar, artıq-əskik söhbətlər edirlər. Elina elə uşaq olmayıb. Ailəmiz 13-14 il bundan öncə dağılıb. Amma anası da mən də qızımızı həmişə diqqətdə saxlamışıq. Elinanın adına kimsə nahaqdan söz çıxardırsa, gözünün qabağına öz balası gəlsin. O cür görüntülərə Elinanın adı ilə “Şok” yazıb, internetdə yayırlar. Bu da mənə pis təsir edir!”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ