“Hərbçi əvvəl 50 manata kirayədə qalırdısa, indi 200 manata çatıb”

“Bu gün Ermənistan İran, Hindistan kimi ölkələrdən silah alır, silahlanır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov bildirib.

“Bu silahlar məhz Azərbaycana tuşlanacaq silahlardır. Bu baxımdan Azərbaycan Ordusunun təminatının yaxşılaşdırılması da çox önəmlidir ki, bunun üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb”, - deyə deputat qeyd edib.

Siyavuş Novruzov vurğulayıb ki, büdcədən hərbi məqsədlər üçün ayrılan vəsaitdən hərbçi ailələri, onların yaşayış xərcləri, ezamiyyə xərclərinin artırılmasına sərf olunmalıdır: “Ezamiyyə xərcləri dövrü qiymətlərə uyğunlaşdırılmalıdır. Hesab edirəm ki, bu xərclərə ayrılan vəsait dövrü qaydada artırılmalıdır. Əgər hərbçi əvvəl 50 manata kirayədə qalırdısa, indi bu rəqəm 200 manata çatıb. Hərbçi ailəsi mütləq öz təminatını ödəməlidir. Dövr dəyişdikcə bu xərclər də artır”. 

Deputat eyni zamanda bildirib ki, müharibə veteranıın müavinətləri də indeksləşdirilməlidir və ən azı 130-150 manat olmalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ