Azərbaycanda tələbə təqaüdləri 20 % artırılır

Azərbaycanda tələbə təqaüdləri gələn ildən etibarən orta hesabla 20 % artırılacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir əlavə edib ki, ötən dövr ərzində 21 min müharibə iştirakçısı və əlili 8800 özünəməşğul proqramına cəlb olunub:

“Müharibə əlillərini, şəhid ailələri, müharibə iştirakçılarına dəstək verilir. Bununla bağlı 2019-cu ildəki məbləğ təxminən 40 % artırıldı və indiki məbləğə bərabər oldu. Hazırda bizdə 170 minin üzərində müharibə veteranı var. Onlar üçün çoxsaylı müxtəlif proqramlar etmişik və bunun da davamı gələcək”, - deyə nazir qeyd edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ