“Accessbank”-ın baş ofisində həyəcanlı anlar

“Accessbank”ın Bakıının Tbilisi prospketi, 3 ünvanında yerləşən mərkəzi ofisində yanğın olub.

Buta.media xəbər verir ki, ONA-nın əldə etdiyi məlumata görə, yanğın elektrik naqillərinin qısa qapanması səbəbindən baş verib. 

Hadisə nəticəsində mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. 

Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və 1987-ci il təvəllüdlü Fərid Əhmədovdur.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Məsələ ilə bağlı “AccessBank”-dan bildiriblər ki, aprelin 11-də saat 14:00 radələrində Bankın Tbilisi prospekti 3 ünvanında yerləşən baş ofisindəki texniki otaqda tüstülənmə olub. 

"Tüstülənməyə səbəb elektrik naqillərində qısaqapanmanın baş verməsidir. Müvafiq təlimata uyğun olaraq, dərhal bankın əməkdaşları təxliyə olunub, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Qaynar xətti”nə məlumat verilib. Bununla yanaşı, məsul əməkdaşlarımız tüstülənmənin qarşısının alınması üçün zəruri addımlar atıb.".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ