Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşərək yolun hərəkət hissəsini bağlayan iri qaya parçaları yoldan götürülüb.
Buta.media xəbər verir ki, ONA-nın şimal bürosunun verdiyi məlumata görə, əraziyə cəlb olunan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) texnikasının və canlı qüvvəsinin yardımı ilə yolda hərəkət bərpa olunub.
Qeyd edək ki, Quba-Xınalıq yolunda hərəkət günorta saatlarında qaya parçalarının yola düşməsi nəticəsində bağlanmışdı.
16:38
Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.
Bu barədə Buta.media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, dərhal hadisə yerinə Agentliyin əməkdaşları və xüsusi texnika cəlb edilib. Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.
Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.