Mili Məclisdə homoseksualların məsələsi qaldırıldı

“Bəzi ailələr və valideynlər var ki, övladlarının təhsil almasını istəmirlər”. 

Buta.media-nın məlumatına görə, Modern.az xəbər verir ki, bunu bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Elşən Musayev deyib.

Müzakirələrin gedişində homoseksual gənclərlə bağlı məsələ də qaldırılıb. Bu məsələ iclasda iştirak edən gənc tələbələrdən biri tərəfindən dilə gətirilib. Tələbə qeyd edib ki, homoseksual, cinsi azlıqların nümayəndələri olan gənclər tez-tez fiziki və mənəvi təzyiqlərə, təsirlərə məruz qalırlar:

 “Onlar çox vaxt işə götürülmürlər və ya iş yerlərində fiziki, mənəvi təzyiqlərlə üzləşirlər. Onlar diskriminasiyaya məruz qalırlar. Hansı ki, onların işləmək və təhsil almaq, eləcə də digər hüquqları Konstitusiya ilə təsbit olunub. Onların da artıq konstitusion hüquqları təmin edilməlidir. Bununla bağlı parlament tərəfindən də addımlar atılmalıdır”.

Deputat Elşən Musayev isə deyib ki, bu məsələdə dövləti heç cür günahlandırmaq olmaz.

“Bu,  daha çox milli mental dəyərlərdən irəli gələn ictimai qınaq və tənbehlə bağlı olan məsələdir. Düşünmürəm ki, onlara qarşı hər yerdə “qara zolaq” var. Bu, belə deyil. Mən bilmirəm siz faktları hardan almısınız, amma mənim bildiyim odur ki, həmin azlığın nümayəndələri də işlə təmin olunurlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ