Bakıda lüks avtomobil satan şəxs dələduzluqla üzləşdiyini bildirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakini, 1982-ci il təvəllüdlü M.Bayramov “Dubai Cars” avtomobil salonunda satışa qoyduğu “Mercedes Galendewagen” markalı avtomobilinin 410 min manata satıldığını, lakin pulun ona verilmədiyini deyib.
Həmçinin oxuyun: Звезда "Клона" выходит замуж за депутата - Фото
O bildirib ki, bir müddət əvvəl avtomobil salonunun adını xatırlamadığı satıcısı 90-MB-900 dövlət qeydiyyat nişanlı avtomobilini başqa şəxsə satıb və əldə etdiyi külli miqdarda vəsaiti mənimsəyib.
Baş Polis İdarəsinə daxil olan müraciət aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Araşdırmalar aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə 90-MB-900 dövlət qeydiyyat nişanının müxtəlif lüks avtomobillərə taxılmasını əks etdirən çoxsaylı görüntülər yayılıb.
Məsələ ilə bağlı “Dubai Cars” avtomobil satışı mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin Elsevər adlı əməkdaşı saytımıza açıqlamasında M.Bayramovun ittihamlarının əsassız olduğunu bildirib. Onun iddiasına görə, şikayətçinin özünün mərkəzə borcu var.