Bakıda 1000-ə yaxın bina söküləcək - video

Paytaxtda istismar müddəti başa çatan 9 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək.

Bu barədə “"XəzərXəbər”ə  müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  bildirib.

Onun sözlərinə görə, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Ona görə də Bakıda köhnə binalar sökülüb əvəzində yeniləri inşa ediləcək. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlilərdir.

Şəhər meri qeyd edib ki, həmin binalarda yaşayan sakinlər isə mərhələli  şəkildə köçürüləcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ