Xırdalanda kütləvi dava: Polislər bıçaqlandı

Xırdalanda kütləvi dava olub.

Bua.media xəbər verir ki, ONA-nın məlumatına görə, hadisə “Sultan” kafesində qeydə alınıb. 

Müştərilərlə kafenin işçiləri arasında baş verən kütləvi dava zamanı Çevik Polis Alayının əməkdaşı Rəşad Alışov, Daxili Qoşunların əməkdaşı Orxan Nağıyev və onun qardaşı Rauf bıçaqlanıblar.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ