Yaxın vaxtlarda Təl-Əvivdə Azərbaycan səfirliyi açıla bilər.
Bu barədə İsrail Dövlət Radio və Televiziyası məlumat yayıb.
Bütün gecikmələrin əsasən texniki məsələlərlə bağlı olduğu qeyd edilir.
İsrail KİV-i yəhudi dövlətinin bəzi yüksək vəzifəli rəsmilərinə istinadən xəbər verir ki, Bakı və Təl-Əviv səfirliyin açılması ilə bağlı intensiv danışıqlar aparır.