Bakı - Ələt yolunda avtobus aşdı - Video

Bakı - Ələt - Astara yolunda qəza olub.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Baki-Qazax yolunun 26-cı km-də 99-XX-256 dövlət nömrə nişanlı, “İsuzu” markalı, 164 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına anidən piyada çıxdığından sürücü idarəetməni itirərək avtobusu aşırıb.

Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib. Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.

Qeyd edək ki, xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub. Onların vəziyyətlərilə bağlı əlavə məlumat veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ