Məktəbdə azyaşlı qıza qarşı əxlaqsızlıq edən kişi saxlanıldı - video

Nərimanov rayonunda yerləşən 212 saylı orta məktəb  hadisə ilə bağlı məlumat yayıb. 

Məlumatda bildirilir ki, 27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub. Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı qeyri-etik hərəkətlər edib.

Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, artıq həmin şəxs saxlanılıb və araşdırmalara başlanılıb: 

“Cinsi qısnama iddiaları ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Araşdırmanın gedişində saxlanılan şəxsin əməli törədib-törətməməsi məlum olacaq. Polis trəfindən bütün zəruri tədbirlər icra olunur”.

28.10.2022

Paytaxtın Nərimanov rayonunda yerləşən 212 saylı orta məktəbin şagirdi cinsi qısnamaya məruz qalıb. Həmin hadisənin görüntüləri məktəbin nəzarət kamersına düşüb. 

Bu barədə  məktəblinin atası Samir Alıyev Avtosfer.az-a məlumat verib. 

Onun sözlərinə  görə, 11 yaşlı qızı Aylin Alıyeva, dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib. Bu zaman, naməlum şəxs onun qızını cinsi qısnamaya məruz qoyub: 

“Mən yolda olarkən həyat yoldaşım zəng edib dedi ki, Aylin cinsi qısnamaya məruz qalması ilə bağlı mənə zəng edib, tez özünü məktəbə çatdır. Mən, məktəbə çatan vaxt həmin naməlum şəxsi tutdum və polisə təhvil vermək üçün onu zərərsizləşdirməyə çalışdım. Bu zaman, ətrafda olan insanlar bizim dava etdiyimizi düşünərək onu əlimdən aldı. Həmin şəxs vəziyyətdən çıxaraq qaçıb getdi. Hadisənin videosundan hər şey aydın şəkildə görünür. Orta yaşlı naməlum şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə divardan asılmış məlumat lövhəsinin qarşısına apararaq onunla  söhbəti orada davam etdirib. Yaxınlıqda heç kimin olmadığını gördükdən sonra isə qızımın yaxasını açaraq, onu cinsi qısnamaya məruz qoyub. Görüntüdən aydın şəkildə görünür ki, məktəbin nəzarətçisi həmin şəxsin kim olduğunu, məktəbə niyə daxil olduğunu soruşmur və bütün olanları kənardan izləyir”, – deyərək məktəblinin atası bildirib.

S.Alıyev bildirir ki, məsələ ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib. Bundan sonra o, Nərimanov  rayon 17-ci Polis Bölməsinə dəvət olunaraq izahatı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı bütün zəruri tədbirlər görülür. Həmin şəxsin müəyyən olunması istiqamətində əməliyyat-axtarış qrupu çalışır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ