Prezident İlham Əliyev tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Mahmudov Abduləhəd Əlirzaoğluna (Şeyx Əbdül Mahmudbəyov) mənzil hədiyyə edib.
Buta.media Unikal.org-a istinadən məlumat verir ki, bu barədə kinorejissorun özü məlumat verib: “Bir müddət öncə Cənab prezident İlham Əliyev mədəniyyət sahəsində xidmətlərimə görə mənə 3 otaqlı mənzil hədiyyə etdi. Mənzil Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşir.
Diqqətinə görə Cənab prezidentə təşəkkür edirəm. Bu, mənim yaradıcılığıma verilən böyük qiymətdir. Mənim bu il 75 yaşım tamam olacaq. Ömrümün 60 ilini Azərbaycan mədəniyyətinə həsr etmişəm. Bu mənə böyük hədiyyə oldu. Evin sənədlərini mənə Mədəniyyət naziri Əbülbəs Qarayev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim etdi".