Əliyev, Putin və Paşinyan oktyabrın 31-də görüşəcəklər

Rusiyanın təşəbbüsü ilə oktyabrın 31-də Soçidə RF Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, danışıqlarda Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımlar müzakirə olunacaq. Tərəflər həmçinin ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.

“Vladimir Putin İlham Əliyev və Nikol Paşinyan arasında ayrı-ayrılıqda danışıqlar planlaşdırılır”, - məlumatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ