Rusiya uzun illərdir ki, İrəvanla dialoq aparıb və Azərbaycana beş rayonu qaytarmağı təklif edib.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.
“Biz sülh yolu ilə nizamlanmanın tərəfdarıyıq. Sərhədlərin delimitasiyası ilə bağlı məsələnin tam həllini istəyirik. Biz bunun tərəfdarıyıq. Hansı variantı seçmək məsələsi Ermənistanın, erməni xalqının və rəhbərliyinin işidir. Hər halda, seçim nə olursa olsun, sülhə gətirib çıxarırsa, hamımız bunun tərəfdarıyıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyəcəyik. Əgər erməni xalqı və indiki Ermənistan rəhbərliyi hesab edir ki, sülh müqaviləsinin hansısa konkret variantını, məsələn, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutan Vaşinqton variantını seçmək lazımdırsa, buyursunlar”, - deyə Putin bildirib.