Sumqayıtda bir ailəni döydülər

Sumqayıt şəhərində axşam saatlarında döyülmə hadisəsi baş verib.

Buta.media ONA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Köhnə Corat qəsəbəsində baş verib. Uşaq üstündə düşən mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.

Belə ki, 1975-ci il təvəllüdlü Cavadova Südabə Dilsuz qızı, 1977-ci il təvəllüdlü Əliyeva Məsumə Dilsuz qızı və onun oğlu 2013-cü il təvəllüdlü Əliyev Fərman Telman oğlu tanıdıqları şəxs tərəfindən döyülüb. 

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, onlara tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Sumqayıt polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ