"Xeyirxah uşaqlarının yanına getmək istəyirəm": Elinanın son sözü

Bakı şəhəri 162 nömrəli tam orta məktəbin rus bölməsinin VIII sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Buta.media-nın məlumatına görə, özünü məktəbin 4-cü mərtəbəsinin pəncərəsindən aşağı atandan sonra 1 saylı Kliniki Tibbi Mərkəzinə aparılıb.

Qız ora çatanda xəstəxanaya Səbail rayonu icra hakimiyyətini başçının müavini Xalidə Bayramova gəlib.

Elinanın anasını xəstəxanın daxilinə buraxmasalar da. X. Bayramovaya Elinanı görməyə icazə veriblər. Onun məktəbli ilə danışığı lentə alınıb.

"Mən heç kimi görmək istəmirəm, çünki özümü pis hiss edirəm və ağrınıram" - məktəbli icra nümayəndəsinə deyir. E. Hacıyeva sadəcə onu 203 nömrəli məktəbə, "xeyirxah uşaqların və müəllimlərin" yanına köçürməsini xahiş edib. X. Bayramova qıza söz verib, bilindirir ki, bununla bağlı icra başçısı (red. Eldar Əzizov) ilə danışıb həll edəcək.

 

162 saylı məktəbin direktoru haqqında məktəbli bildirib ki, o heç bir pis şey etməyib: "Sadəcə bu məktəbdə uşaqlar bir az çətindir. O bizim siniflimizi bağlamaq istəyir, deyir problem çoxdur. O məktəbin bütün rus bölməsini bağlamaq istəyir, deyir az sektor yaxşıdır. Amma 203 saylı məktəbin direktoru xeyirxahdır, lakin məni ora götürmək istəmir"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ