“Mənim sonuncu 5 illiyimdir, sonra kimi istəyirsiniz, seçərsiniz” - Video

Azərbaycan yazıçılarının XIII qurultayı keçirilib. Qurultayda 84 yaşlı Xalq yazıçısı Anar Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

Anar Rzayev qurultaydan sonra jurnalistlərə açıqlamasında mətbuat nümayəndələrindən AYB-yə düşmən münasibət bəsləməməyi xahiş edib:

“Xahiş edirəm, qərəzli yazılar yazmayın. Hər şeyi tərsinə yozmayın. Bir az obyektiv olun. Mənim sonuncu 5 illiyimdir. Bizim bu mətbuatın zəhərlərini uda-uda bundan sonra da yaşaya bilsəm, onda 5 il də yaşaya biləcəm. 5 ildən sonra kimi istəyirsiniz, onu da seçərsiniz”, -  deyə sədr bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ