Bu gün Yasamalda magistral su xəttində baş vermiş qəzadan sonra həyətlərə və obyektlərə dolan su çəkilib.
Əsəd Əhmədov küçəsində yerləşən magistral su kəmərində baş vermiş qəza nəticəsində ətrafı basmış suyun çəkilib kənarlaşdırılması məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Görülmüş tədbirlər sayəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.