Yasamalda su borusu partladı, küçəni su basdı - video

Bakıda magistral su xətti partlayıb. Hadisənin paytaxtın Yasamal rayonu ərazisində baş verdiyi deyilir. Əhaliyə içməli suyun verilişi dayandırılıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, qəza bu gün səhər saatlarında “+ 52 Alatava” və  “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində baş verib:

“Dərhal “+ 52 Alatava” su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub. Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ