Azərbaycanda yeni xəbər kanalı fəaliyyətə başlayacaq

Azərbaycanda yeni-ikinci xəbər kanalı fəaliyyətə başlayacaq.

Buta.media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Milli Tele-Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli parlamentin bu gün keçirilən komitə iclasında deyib.

O, qeyd edib ki, artıq bununla bağlı müsabiqə elan edilib və yaxın vaxtlarda bu yöndə Şura tərəfindən müvafiq qərar qəbul ediləcək: “Yaxın günlərdə yeni-ikinci xəbər kanalı ilə bağlı qərar verilməsi nəzərdə tutulur. Hesab edirəm ki, indiki zamanda buna ciddi ehtiyac var”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ