Ağır atletika millisinin “komanda rəisi” kazinoda – FOTO

Ağır Atletika üzrə yeniyetmələrdən ibarət milli komandamız Amerikada keçirilən dünya birinciliyində iştirak edir.

Günpress.az-a daxil olan məlumata görə, yeniyetmələrin dünya birinciliyinin keçirildiyi ölkəyə milli komandanın rəisi kimi yollanan Oqtay Muxtarov fürsətdən istifadə edərək kazinoların birinə daxil olub. 

Məlumata əsasən o, qumar aparatlarından birinin qarşısında əyləşərək bir neçə dəfə “şansını sınayıb”.

Bilrilir ki,  Muxtarov Gənclər və İdman Nazirliyinin strukturundakı Uşaq-Gənclər İdman Məktəblərinin birində tədris hissə müdiri kimi çalışır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ