Fil brakonyeri tapdaladı, qalıqlarını şirlər yedi

Cənubi Afrika Respublikasının Kryuqer Milli Parkında fil brakonyeri ölümcül tapdalayıb.

Buta.media-nın məlumatına görə, bu barədə yerli polis öz Twitter səhifəsində yazıb.

Bir qrup brakonyer ov etmək üçün qoruq ərazisinə keçib. Onlardan biri kərgədanı tutmaq istəyəndə ona fil hücum edib. Fil brakonyeri dostlarının gözü önündə tapdalayaraq öldürüb. Sonuncular parkdan qaçıblar və hadisə barədə ölən şəxsin ailəsinə məlumat veriblər.

Qoruq nəzarətçiləri kişinin meyitini Timsah körpüsünün (Crocodile bridge) yaxınlığında aşkarlayıblar. 

“Hadisə yerində yalnız insan kəlləsi və şalvarı tapılıb. Ehtimal olunur ki, onun bədənini şirlər yeyiblər”, - reyncer Din İnqliş bildirib

Yerli polisinin məlumatına görə, brakonyerlərdən üçü hazırda saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ