NATO Kosovo ətrafındakı vəziyyətə müdaxilə etməyə hazırdır

Şimali Atlantika Alyansı regionda sabitliyə təhlükə yaranarsa, Kosovo ətrafındakı vəziyyətə müdaxilə etməyə hazırdır. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Baş katibin sözlərinə görə, BMT mandatı əsasında sabitliyə təhlükə yaranarsa, NATO-nun himayəsi altında fəaliyyət göstərən Kosovo Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) müdaxilə etməyə hazırdır.

Bundan əvvəl Serbiyanın xarici işlər naziri Nikola Selakoviç bildirib ki, tanınmamış Kosovo respublikasında son sutka ərzində vəziyyət sakitləşsə də, hələ də qeyri-sabit olaraq qalır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ