Rusiya Belarusa “İskəndər-M” verəcək

“Yaxın bir neçə ay ərzində Rusiya “İskəndər-M” taktiki raket komplekslərini Minskə təhvil verəcək”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.

“Razılaşdığımız kimi, yaxın bir neçə ay ərzində “İskəndər-M” taktiki raket sistemlərini Belarusa təhvil verəcəyik. Bildiyiniz kimi, raketlərdən həm ballistik, həm də qanadlı, eləcə də ənənəvi və nüvə versiyalarında istifadə edilə bilər”, - deyə Rusiya lideri qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ