Dağıstanın keçmiş baş nazirinin oğlu həbs edildi - 21 yaşlı sevgilisini öldürüb - FOTO

Moskvanın İzmailovski Rayon Məhkəməsi Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun oğlu Murtazali Məcidovuun işi bağlı qərar verib.

Buta.media xəbər verir ki, hadisə 2018-ci ilin yazında baş verib.

Belə ki, həmin ilin aprelin 13-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi Tomiris Baysafa ali məktəbin dördüncü mərtəbəsindən yıxılıb. Xəstəxanaya çatdırılmasına baxmayaraq, Tomiris mayın 3-də dünyasını dəyişib.

Murtazali Məcidov ölən qızla bir kursda oxuyurdu. Şahidlər bildiriblər ki, faciədən əvvəl Tomiris və Murtuzəli dördüncü mərtəbədə auditoriyada münasibətlərini aydınlaşdırırdılar.

Məcidov qızın ölümündən iki il sonra həbs edilib. Ona adam öldürmək maddəsi ilə iş açılıb. İlk olaraq, cinayət işi “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə açılmışdı. Həmin vaxt Məcidov məhkəmənin qərarı ilə günahsız hesab edilərək sərbəst buraxılmışdı.

Daha sonra Moskva Şəhər Məhkəməsi zərərçəkənlərin şikayəti əsasında bu qərarı ləğv etmişdi. Məcidovun işi başqa hakimə yönəldilmişdi. Prokurorluğun vəsatəti ilə cinayət işi Nikulinski məhkəməsindən İzmailovski məhkəməsində keçirilmişdi. 

Sonda, bu gün, iyunun 25-də, İzmailovski Rayon Məhkəməsinin qərarı ilə Murtuzəli Məcidov Tomiris Baysafanın qətlində təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ