Ukrayna HIMARS-dan istifadə etməyə başladı - VİDEO

Ukrayna Amerikanın HIMARS yaylım atəş raket sistemindən istifadə etməyə başlayıb.

Ukraine Weapons Tracker layihəsi tərəfindən hərbi texnikanın tətbiqi ilə bağlı video yayımlanıb.

ABŞ prezidenti Co Bayden iyunun əvvəlində Ukraynaya HIMARS reaktiv yaylım atəşi sistemlərinin verilməsi haqqında sərəncam imzalayıb. ABŞ hakimiyyəti bildirib ki, Ukrayna onlardan Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etməyəcəyinə söz verib.

İyunun 23-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov HIMARS sistemlərinin ölkəyə gəldiyini açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin Ukraynaya Amerika reaktiv sistemlərinin tədarükünü şərh edərkən, "xüsusi əməliyyat"ın gedişi üçün "heç nəyi dəyişdirmədiklərini" söyləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ