Dəhşətli dağıntılar: Lisiçanskda Rusiyanın ilk hücumu dəf edildi

Lisiçanskda vəziyyət çox ağırdır. Rusiya qoşunları şəhəri iri çaplı artilleriya qurğularından, raketlər və aviabombalar, o cümlədən “Tülpan”, “Qiasint” özüyeriyən özüyeriyən zenit sistemlərindən atəşə tuturlar.

Bunu “Forbes” nəşrinə müsahibəsində Luqansk vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Sergey Qayday deyib.

Onun sözlərinə görə, Lisiçanskdakı dağıntılar dəhşətlidir. Ancaq şəhərə giriş var, “sakit təxliyə” həyata keçirilir - gündə 20-30 nəfər şəhərdən çıxarılır.

“Daha çox yerli əhalini təxliyə etmək imkanı var, lakin insanlar istəmirlər. Onlar yalnız evlərinə mərmi düşəndə və getdiyi yolların tamamilə dağılmasından sonra qərar verirlər”, - Qayday bildirib.

O əlavə edib ki, hərbçilər və könüllülər mülki şəxslərin təxliyəsinə kömək edir:

“Məsələn, bu gün 23 nəfər xilas edilib. Təxliyə davam edir, şəhərə humanitar yüklərin çatdırılması imkanı hələ var”.

Qayday qeyd edib ki, Rusiya qoşunları yaxınlaşdıqca, artilleriya və minaatanları daha yaxın əraziyə yerləşdirirlər.

“Və şəhərin atəşə tutulması daha sıx olacaq. Onların taktikası hər yerdə olduğu kimidir: evləri dağıtmaq”, - administrasiya rəhbəri əlavə edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna hərbçiləri Luqansk vilayətinin Lisiçansk şəhərinin cənub kənarı istiqamətində Rusiya qoşunlarının hücumunu dayandırıblar – RF ordusu xeyli itki verərək geri çəkilməyə məcbur olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ