Rusiya qoşunları Lisiçanska yaxınlaşıb - Vəziyyət son dərəcə çətindir

Böyük hissəsi Rusiya tərəfindən işğal edilən Luqansk vilayətinin administrasiyasının rəhbəri Sergey Qayday iyunun 23-də səhər saatlarında bölgədəki vəziyyəti “son dərəcə çətin” adlandırıb. Qaydayın sözlərinə görə, RF qoşunları “bütün ehtiyatlarını” Severodonetskə və Lisiçanskın cənubundakı Zolotoye -Toşkovka istiqamətinə göndərib.

Bu barədə Meduza yazır.

Qayday bildirib ki, iyunun 22-də rusiyalılar bu rayonda Toşkovka istiqamətindən irəliləyərək Loskutovka və Ray-Aleksandrovka yaşayış məntəqələrini işğal ediblər. Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) xəritəsinə əsasən, bu yaşayış məntəqlərinin itirilməsindən sonra Zolotoye və Qorskoye şəhərləri Rusiya ordusu tərəfindən mühasirəyə düşüb.

Qondarma LXR iddia edir ki, bu şəhərlərdə olan Ukrayna ordusu mühasirəyə alınıb. Qeyd edilir ki, burada üç minə yaxın Ukrayna hərbçisi ola bilər. Bəzi mənbələr isə iddia edirlər ki, Ukrayna hərbçiləri öz mövqelərindən döyüşsüz geri çəkiliblər. Hələlik onların taleyi barədə məlumatlar yoxdur.

Müharibə Tədqiqatları İnstitutunun Lisiçansk və Severodonetsk rayonlarında vəziyyəti əks etdirən xəritəsi

Fevralın 24-ə qədər Zolotoye şəhəri Rusiya separatçıları və Ukrayna hərbçiləri ilə təmas xəttində yerləşirdi. Qaydayın sözlərinə əsasən, Zolotoye şəhərində müdafiə mövqeləri 2014-cü ildən atəşə məruz qalır, müharibə başlayandan isə “buraya fosfor sursatlarından tutmuş aviabombalara qədər atılıb”.

İyunun 23-də Böyük Britaniyanın Müdafiə Nazirliyi də Ukrayna hərbçilərinin Lisiçanskın cənubunda mümkün geri çəkilməsini barədə məlumat yayıb. Britaniya hərbi kəşfiyyatının məlumatına görə, iyunun 19-dan Rusiya hərbçiləri Lisiçanskın cənub rayonlarına doğru beş kilometrdən çox irəliləyib. Britaniya Müdafiə Nazirliyi rusiyalıların hərbi uğurlarını döyüş qruplarının gücləndirilməsi və artilleriya atəşinin yüksək konsentrasiyası ilə əlaqələndirir.

Müharibə Tədqiqatları İnstitutu ehtimal edir ki,  Rusiya qoşunları bir neçə gün ərzində Lisiçanska cənubdan yaxınlaşacaqlar. hazırda döyüşlər Belaya Qora rayonu ərazisində gedir. Sergey Qayday bəyan edib ki, Lisiçanskda hazırda “sakit təxliyə” gedir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ