Bayraktar ilk dəfə Bakıda döyüş təyyarəsi sürdü - VİDEO

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda həyatında ilk dəfə olaraq döyüş təyyarəsi idarə edib.

Buta.media xəbər verir ki, bu barədə məlumatı Selçuk Bayraktar öz rəsmi Teleqram kanalında paylaşıb.

O, Bakı səmasında “MiQ-29” qırıcı təyyarəsini idarə edib.

“İlk dəfə bir döyüş təyyarəsi ilə uçmaq can Azərbaycan səmalarında nəsib oldu”, - deyə Bayraktar yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ