Zelenski Rusiyanın əsas səhvini açıqladı

“Rusiyanın Ukraynaya hücumu məhz Krımdan başladı. Və bu, Rusiyanın Ukrayna ilə bağlı ilk taleyüklü səhvi sayıla bilər”. 

Buta.media-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciəti zamanı deyib.

Onun sözlərinə görə, bu, Rusiya dövlətinin Ukrayna ilə bağlı yol verdiyi ilk səhv deyil, lakin bu siyahıda ən böyük səhvlərdən biridir.

“Bütün bu səhvlər Rusiyanın tarixi zəifləməsinə səbəb olacaq. Və təbii ki, onlar Krımı da tərk etməli olacaqlar. Xerson, Melitopol, Enerqodar, Mariupol və özlərini sahibi kimi göstərdikləri digər şəhərləri də. Onlar burada heç bir ərazinin sahibi olmayacaqlar”, - deyə Ukrayna lideri bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ