İranda qırıcı qəzaya uğradı - General öldü

İranın mərkəzi hissəsində, İsfahan əyalətində təlim uçuşu zamanı F-7 qırıcısı qəzaya uğrayıb.

Buta.media-nın xəbərinə görə, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı hər iki pilot ölüb. 

Yerli KİV-in məlumatına əsasən, təyyarənin ekipajı havada atəş təlimləri həyata keçirdi. Qəza zamanı mayor Qasim Zamani və İran Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabiti, general-leytenant Məhəmməd Cavad Bai həlak olub. 

Faciənin səbəbləri barədə ilkin araşdırmadan sonra məlumat veriləcəyi bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ