Rusiya Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzinə raket atdı: 87 nəfər həlak olub

Rusiyanın Çerniqov vilayətinin Desna kəndində endirdiyi raket zərbəsi nəticəsində 87 nəfər həlak olub. Bunu Davos İqtisadi Forumunda çıxışı zamanı Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ukrayna mətbuatının məlumatına görə, zərbə Ukrayna Silahlı Qüvvələrinin kənddə yerləşən təlim mərkəzinə endirilib. 87 nəfərin hamısının orada öldüyü dəqiqləşdirilməyib.

“Bir gecədə nə qədər insan itirdik - mənim səhərim belə başlayır. Bu gün biz Desna üzərində işi başa çatdırdıq. Təəssüf ki, bu gün dağıntılar altında 87 qurban var”, - İnterfaks-Ukrayna Zelenskidən sitat gətirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ