General Muradov Ukraynada yaralandı, bacısı oğlu öldü - FOTO

Ukraynada Rusiya qəhrəmanı, Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovun bacısı oğlu həlak olub.

Buta.media-nın xəbərinə görə, bu barədə Baza Telehgram kanalı məlumat yayıb.

Məlumata əsasən, 27 yaşlı Salman Süleymanov tağım komandiri idi. Yanvarın əvvəlində onun tağımı Ukrayna ilə sərhədə göndərilib. 

Salman Süleymanov

Bildirilir ki, Salman hərbi əməliyyat zamanı ölüb. General-leytenant Muradov isə Ukraynada döyüşlərdə yaralandığı üçün hospitalda müalicə alır. 

Baza Telehgram kanalı qeyd edir ki, Ukraynada Dağıstana Salmanın yalnız sümükləri göndərilib. General isə dəfn mərasimində iştirak etmək üçün hospitaldan icazə alıb.

Xatırladaq ki, Rüstəm Muradov 2022-ci ilin fevral ayına qədər Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarına rəhbərlik edib. O iki Çeçenistan kampaniyasında iştirak edib, Suriyada hərbi müşavir olub

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ